Sənədləşməmiş gəlir əsas divardır
Sorğuda iştirakçıların yalnız 29%-i gəlirinin demək olar hamısının rəsmi sənədlə təsdiqləndiyini bildirir. Qalan 71%-də boşluq var. İntervyularda hər iki nəfərdən biri maaşının bir hissəsini zərflə alır. Ödəniş qaydası isə aylıq ödənişi yalnız rəsmi gəlirin 70%-i ilə məhdudlaşdırır. Nəticədə real qazancı olan böyük kütlə sistem tərəfindən sadəcə görünmür.