İstifadəyə Yararlılıq testi

İstənilən məhsul və ya xidmətin uğuru istifadəçilərdən keçir. Bəs sizin məhsulunuz və bütün funksionallıqları istifadə üçün əlverişlidirmi? Bu sualın cavabını İstifadəyə Yararlıq testi ilə tapa bilərik.

Birlikdə mükəmməl işlər bacaraq

Xidmətimiz barədə ətraflı məlumat əldə etməyiniz üçün sizinlə əlaqə saxlayacağıq.

İstifadəçilərinizin məhsulunuzdan istifadə zamanı nə yaşadığını anlamaq və qarşılaşdığı problemləri aşkarlamaq üçün davamlı testlər keçiririk

Məhsul inkişaf prossesində nələr edirik?

Müsahibə

İstifadəçilərlə təkbətək müsahibələr aparır, məhsulunuz ilə bağlı təcrübələri haqqında rəy toplayırıq.

Sorğular

Sual-cavab, anketlər və ya rəylər vasitəsilə istifadəçilərdən məhsulunuz haqqında rəylər toplamağa davam edirik.

Şəxsən müşahidə

İstifadəçilərdən məhsulunuzdan istifadə etmələrini istəyir, proses zamanı onları şəxsən müşahidə edirik.

Uzaqdan müşahidə

İstifadəçilər məhsulunuzdan istifadə edib, müəyyən tapşırıqları yerinə yetirərkən onları onlayn şəkildə izləyirik

Prosesi necə aparırıq?

Anlama

Məhsulu tam olaraq anlayır, istifadəçiləri hansı işi görərkən müşahidə etməli olduğumuzu müəyyənləşdiririk.

Müşahidə

İstifadəçilərin məhsuldan necə istifadə etdikləri və hansı problemlərlə qarşılaşdıqlarını öyrənmək üçün onları müəyyən işləri görərkən müşahidə edirik.

Dinləmə

İstifadəçilərin ehtiyacları, istəkləri və problemləri haqqında fikir əldə etmək üçün onların rəylərinə qulaq asırıq.

Araşdırma

İstifadəçi təcrübəsinin spesifik aspektlərinə dair fikirlər toplamaq məqsədilə müxtəlif araşdırmalar keçirməyə davam edirik.

Hesabat

Sonda nəticələri ümumiləşdirən, məhsulu istifadəçilər üçün daha da yaxşılaşdıracaq dəyişikliklər təklif edən bir hesabat hazırlayırıq.

Təcrübəmizi danışdırdığımız layihələr

Bu günə qədər bir çox şirkət təcrübəmizdən yararlanaraq məhsullarını təkmilləşdirib

UX icmamız

UX dünyası ilə maraqlanan hər kəsə aramızda yer var!