Figma ConFig Baku

Figma platformasının Bakıdakı yeganə rəsmi tərəfdaşı olaraq “Figma ConFig 2023” konfransını onlayn izləmək istəyənləri bir araya gətirdik!

Figma ConFig Baku

Figma platformasının Bakıdakı yeganə rəsmi partnyoru olaraq “Figma ConFig 2023” konfransını onlayn izləmək istəyənləri bir araya gətirdik! 

İştirakçılardan bəzilərini görmək istəsəniz, bura klikləyə bilərsiniz.  

Aramızda hər kəsə yer olsa da, çoxluq kreativ sahədən idi. Tədbir boyunca iştirakçılar həmfikir dostlarla canlı müzakirələr apardı, yeni tanışlıqlar qurdu və Figmanın onların işini necəasanlaşdıra biləcəyi barədə söhbətlər etdi. 

Tədbirdən yadda qalan anların da bəzi şəkilləri var. Görmək üçün klikləyin. 

Qısası, ConFig tədbiri müxtəlif dizayner və kreativlərin bir araya gələrək maraqlı və öyrədici vaxt keçirməsi üçün əla fürsət idi. Bu fürsəti qaçırmısınızsa da, pis olmağa dəyməz. Növbəti tədbirlərimizə dəvətlisiniz! Görüşənədək.