Təcrübəmizi danışdırdığımız layihələr
Bu günə qədər bir çox şirkət təcrübəmizdən yararlanaraq məhsullarını təkmilləşdirib
Türkiyənin ekoloji vəziyyətini yaxşılaşdırmaq məqsədi daşıyan “Türkiye Çevre Koruma Vakfı” və “Sıfır Atık” layihələrinin rəqəmsal dünyasını yaratmaq üçün Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi ilə əməkdaşlıq etdik.
Məqsəd Türkiyənin ekoloji rifahına necə töhfə verilə biləcəyini izah etmək üçün istifadəçi dostu platformalar yaratmaq idi. Uzunmüddətli araşdırmalar sayəsində hədəf auditoriyanın rahatlıqla anlayacağı interfeyslər yaratmağı bacardıq.
Əldə edilən nəticəni mükəmməlləşdirmək, inkişaf etdirilməli sahələri vaxtlı-vaxtında müəyyənləşdirmək üçün real vaxt rejimində rəylər toplayır, sınaqlar keçirir, test sessiyaları təşkil edirdik. Beləliklə, hazırladığımız interfeyslər tamamilə istifadəçi mərkəzli oldu.
Bu gün hər iki layihə – tucev.csb.gov.tr və sifiratik.gov.tr, ölkənin ekoloji rifahına töhfə vermək üçün nəzərdə tutulmuş əsas resurslardan sayılır.
Bu günə qədər bir çox şirkət təcrübəmizdən yararlanaraq məhsullarını təkmilləşdirib