İstifadəçi təcrübəsi 3 dəqiqə

Uğurlu UX nümunəsi dedikdə ağlımıza gələn 5 veb-sayt

Uğurlu UX nümunəsi dedikdə ağlımıza gələn 5 veb-sayt

İstifadəçi Təcrübəsinin (UX) əhəmiyyəti və bu sahəyə olan tələbat gün keçdikcə yüksəlməyə davam edir. İstifadəçilər internettə məlumat axtararkən, onlayn alış-veriş etdikdə, ümumiyyətlə, veb-saytlarda vaxt keçirdikdə əldə etdikləri təcrübənin bizneslər üçün yaratdığı təsir çox araşdırılır.

Bununla birlikdə, günümüzün ən yaxşı UX nümunələrini təqdim edən veb saytlar, bu mövzuda daha dərin araşdırma apararaq, necə uğurlu təcrübələr yaratdıqlarını və istifadəçilərə necə özlərini daha yaxşı hiss etdirdiklərini nümayiş etdirirlər.

Gəlin bu cür uğurlu UX nümunəsi kimi götürə biləcəyimiz veb-saytlardan beşi ilə birlikdə tanış olaq.  


Airbnb.com

 


İstifadəçi Təcrübəsi
ni ən yaxşı tətbiq edən platformalar dedikdə ağıla ilk gələn adlardan biri hər zaman “Airbnb” olur. .

İnterfeysinin sadə, hamı tərəfindən anlaşılan və istifadəsi rahat olması saytın əsas üstünlüklərindəndir. Əsas səhifəyə daxil olduqda diqqəti detallı şəkildə dizayn edilmiş axtarış paneli çəkir. İstifadəçinin gedəcəyi yeri və tarixi yazması isə istəklərinə uyğun obyektlərin siyahısını görə bilməsinə kifayət edir. İstifadəçi rahatlıqla məkanları müqayisə edib, istəyinə ən uyğun yeri rahatlıqla rezervasiya edə bilir.

Apple.com


UX dizaynın əsas nümunələrindən biri də “Apple” saytı hesab olunur. Veb-saytın minimalist və aydın olması istifadəçilərə saytda asanlıqla naviqasiya etməyə və axtardıqları məlumatları tapmağa imkan verir.

Saytın digər diqqət çəkən tərəfi isə interaktiv elementlərdən istifadədir deyərdik. Məsələn, “iPhone 14 Pro” məhsul səhifəsində istifadəçilər telefonun müxtəlif rənglərini müqayisə etmək üçün slayderdən istifadə edə və ya onlar haqqında ətraflı öyrənmək üçün fərdi xüsusiyyətlərin üzərinə klikləyə bilərlər. Bu cür interaktv elementlər istifadəçilərin diqqətini daha çox cəlb edir və saytda keçirdikləri vaxta maraq qatır.

 

Slack.com


Uğurlu İstifadəçi Təcrübəsi barədə danışıb “Slack”in adını çəkməsək, olmazdı. 

Bizneslərin və komandaların daha effektiv şəkildə əlaqə qurmağını təmin edən platforma, rahat interfeysi sayəsində hər kəsi istifadə rahatlığı ilə təmin edir. Filtrlənmiş başlıqlar, xüsusi iş qrupları, müxtəlif daxili qruplar, anlıq bildirişlər, inteqrasiya bacarığı və s. kimi saysız xüsusiyyətləri məhz istifadəçilərin ehtiyaclarını qarşılaya bilir və saytdan istifadə sayını çoxaldır. 

 

Nike.com

 


Nike”, İstifadəçi Təcrübəsi ilə alıcının ehtiyaclarını təmin edən qüsursuz e-ticarət nümunələrindən biridir. Veb-saytın menyu strukturu, məhsulların kateqoriyaya uyğun filtrlənməsi və naviqasiya etməsi olduqca asandır. Ana səhifədə yüksək keyfiyyətli və ölçü olaraq böyük şəkillərin yerləşdirilməsi isə sayta xüsusi estetiklik verir.

Kateqoriya səhifəsində istifadəçiyə məhsul ilə bağlı hər bir xırda detallar nümayiş etdirilir. Məhsul ilə bağlı səhifələrdə məhsulu düzgün seçmək, çatdırmaq və qaytarmaqla bağlı məlumatları asanlıqla tapmaq mümkündür.

 

Spotify.com


Spotify” isə saysız musiqi platformaları arasından məhz İstifadəçi Təcrübəsinin güclü olması ilə seçilə bilir. Platformanın interfeysinə baxdıqda fərdiləşdirmə və istifadə rahatlığının onlar üçün prioritet olduğunu görmək mümkündür. Həmçinin, platforma istifadəçi problemlərini həll etmək üçün daim yeniliklər edir və istifadəçi rəylərini nəzərdə saxlayır. 

Düzü, UX sayəsində uğuruna uğur qatan veb-saytları saymaqla bitirmək mümkün deyil. Bəs uğurlu UX nümunəsi dedikdə sizin ağlınıza hansı saytlar gəlir? 

 

Yazını necə dəyərləndirərdiniz?

Yazarlarımız arasına qoşul!

200+ nəfərdən ibarət böyük bir komandayıq! Xidmətlərimizə isə yeni startaplardan tutmuş, böyük müəssisələrədək bütün bizneslər üçün məhsul dizayn etmək, proqram təminatı yaratmaq və yaradıcı marketinq həlləri tapmaq daxildir.

Əlaqə

Digər yazarlardan

Xidmətlərinizi yenidən dizayn edək

Hər bir layihəyə fərdi yanaşaraq müştərilərimizin və onların müştərilərinin xüsusi ehtiyaclarını qarşılayacaq həllər dizayn edirik.

Müraciət edin