İstifadəçi təcrübəsi 5 dəqiqə

Apple şirkətindən UX dərsi: sadəlik və innovativlik

Apple şirkətindən UX dərsi: sadəlik və innovativlik

Apple məhsulları niyə bu qədər uğurlu olduğu barədə heç düşünmüsünüz? Əlbəttə, bunun bir çox səbəbi var. Biz isə bu gün UX faktorundan danışacağıq.

İstifadəçi Təcrübəsinin önəmini anlamaq, məhsulların uğurunu artırmaq üçün ondan necə faydalana biləcəyimizi öyrənmək üçün Apple şirkətinin fəaliyyətlərinə nəzər yetirə bilərik. 




İstifadəçi Təcrübəsi – UX nəyə görə önəmlidir?


İstifadəçi təcrübəsi yalnız istifadə edilə bilən məhsulların yaradılmasına diqqət yetirmir, eyni zamanda UX istifadəçilərin ehtiyaclarını, istəklərini və məqsədlərini qarşılamağa fokuslanır. İnterfeysin asanlıqla naviqaysiya edilməsi, axtarılan məlumatların rahat tapılması, tapşırıqların effektiv şəkildə yerinə yetirilməsi kimi faktorlar istifadəçinin məhsulla keçirdiyi vaxtdan daha çox zövq almasına gətirib çıxarır. 



Yaxşı bir istifadəçi təcrübəsi problemlə üzləşmək və dəstək ehtiyacı ehtimalını azaltmağa kömək edir. Məhsulu anlamaq və istifadə etmək asan olduqda istifadəçilərin problemlərlə rastlaşma və köməyə ehtiyac duyma ehtimalı azalır. 

 


Apple hansı UX həllərindən istifadə edir? 

İstifadəçi yönümlü interfeys - Apple, dizaynlarının zərif olmasına, istifadəçilər nəzərə alınaraq yaradılmasına əhəmiyyət verir. Bu isə şirkətin rəqiblərindən fərqlənməsinin əsas səbəblərindən biridir.



İnteqrasiya və ekosistem - Apple, məhsul və xidmətlərini mükəmməl şəkildə əlaqələndirən geniş ekosistem inkişaf etdirib. Bu ekosistemə daxil olan qurğuların inteqrasiyası istifadəçi təcrübəsini artırır və müştəriləri apple məhsullarına sadiq qalmağa təşviq edir.



Brendinq və Marketinq - Şirkətin marketinq kampaniyaları məhsulların istifadəçilərə nə qədər rahatlıq gətirəcəyini, unikal xüsusiyyətlərini və faydalarını nümayiş etdirməyə əsaslanıb. İstifadəçilərin həyatını necə yaxşılaşdıra biləcəyini vurğulayan reklamlar onların diqqətini çəkməyi bacarır.




Bəs istifadəçi təcrübəsi necə müəyyənləşdirilir? 

Apple istifadəçilərin istəklərini,ehtiyaclarını ,problemlərini müəyyən etmək üçün aşağıdakı yollardan istifadə edir:

 

İstifadəçi araşdırması – İstifadəçilərin ehtiyaclarını, gözləntilərini, problemlərini anlamaq üçün geniş istifadəçi araşdırmaları aparılır. Bu araşdırmalar istifadəçilərin məhsulları necə istifadə etdiyini, hansı xüsusiyyətlərin vacib olduğunu və hansı problemlərlə qarşılaşıldığını müəyyən etmək üçün aparılır. Bu zaman istifadəçi rəyi, sorğular, fokus qrupları və istifadəçi testləri kimi üsullardan istifadə olunur.

 



Data analitikası
– İstifadəçilərin məhsullardan necə istifadə etdiyinə dair məlumatlar davamlı olaraq təhlil edilir. Məsələn, istifadəçilərin proqramlardan necə istifadə etdiyi, hansı xüsusiyyətlərə daha çox vaxt sərf etdikləri və ya hansı mərhələlərdə çətinlik çəkdikləri kimi məlumatlar qiymətləndirilir. Bu məlumat təhlili, istifadəçi davranışını anlamaqda və istifadəçi təcrübəsini yaxşılaşdırmaqda mühüm rol oynayır.



Prototipləşdirmə və Test – Apple yeni məhsulları bazara çıxarmazdan əvvəll prototiplər yaradır və istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün bu prototipləri istifadəçilərlə sınaqdan keçirdir. İstifadəçi rəyinə əsasən prototiplər redaktə edilir və nəticədə istifadəçi təcrübəsi optimallaşdırılmış olur.



Rəy və Qiymətləndirmə – İstifadəçilərin məhsullar barədə rəyləri diqqətlə izlənilir. Məsələn, “App Store” istifadəçilərə proqramlar haqqında rəy bildirmək imkanı verir. Apple isə bu rəyləri nəzərə alır və istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün lazımi redaktələri edir. 




Apple məhsullarının istifadəçi mərkəzli dizayn yanaşması

Şirkətdən UX dərsi götürə biləcəyimiz bir başqa sahə isə məhsulların dizaynına qarşı olan yanaşma tərzidir. Bütün məhsullar hazırlanarkən eyni meyarlar nəzərə alınır:



Sadəlik və Minimalizm – Apple öz məhsullarında minimal və sadə dizayn yanaşmasına üstünlük verir. İstifadəçi interfeysləri sadə, aydın, tez anlaşılan və mürəkkəb olmayan şəkildə tərtib edilir.



Davamlılıq – Apple məhsulları arasında ardıcıl təcrübə təmin etmək üçün davamlılıqdan, yəni fərqli cihazlarda dizayn stilinin eyni olması üsulundan istifadə edir. İstifadəçilər fərqli Apple cihazlarında eyni və ya oxşar dizayn və funksionallıqla qarşılaşdıqları üçün adaptasiya prosesi xeyli asanlaşır.



Bağlılıq  – Apple istifadəçilərinin məhsulları ilə emosional əlaqə yaratmasını hədəfləyir. Məhsulların estetik cəhətdən cəlbedici olması və istifadəçilərinə xoş təcrübə yaşatması vacibdir. Məsələn, “iPhone”un istifadəçi dostu interfeysi, ağıllı saat “Apple Watch”un qolbaq variantları və ya “MacBook”un minimalistik dizaynı kimi toxunuşlar istifadəçilərin xüsusi ehtiyaclarını qarşıladıqları üçün məhsullarla emosional bağlılıq belə yarada bilir.



Asan istifadə – Apple istifadəçilərin öz məhsullarından asanlıqla istifadə etmələrini və məqsədlərinə çatmasını təmin etmək üçün rahat istifadəyə böyük əhəmiyyət verir. İstifadəçi interfeysləri intuitiv və asan anlaşılandır. Bu, istifadəçilərə funksiyalara daxil olmaq, parametrləri dəyişdirmək və ya tətbiqlər arasında keçid etmək kimi hərəkətləri problemsiz şəkildə yerinə yetirmək imkanı verərək məhsullardan istifadəni zövqlü hala gətirir.



İnnovasiya: Apple davamlı olaraq UX dizaynına innovativ yanaşmalar tətbiq edir, istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün yeni ideyalar və texnologiyalar araşdırır. Məsələn, “Touch ID” və ya “Face ID” kimi biometrik təhlükəsizlik xüsusiyyətləri şirkətin istifadəçilər üçün daha təhlükəsiz və asan təcrübə təmin etməyə çalışdıqlarının sadəcə bir nümunəsidir.



Qısası, şirkətin sadəlik və innovativlik prinsiplərini tətbiq etməsi istifadəçilərə xoş təcrübələr yaşadır. Bunlar isə şirkətin məhsullarının uğurlu olmasına gətirib çıxaran əsas amillərindəndir. 

Yazını necə dəyərləndirərdiniz?

Yazarlarımız arasına qoşul!

200+ nəfərdən ibarət böyük bir komandayıq! Xidmətlərimizə isə yeni startaplardan tutmuş, böyük müəssisələrədək bütün bizneslər üçün məhsul dizayn etmək, proqram təminatı yaratmaq və yaradıcı marketinq həlləri tapmaq daxildir.

Əlaqə

Digər yazarlardan

Xidmətlərinizi yenidən dizayn edək

Hər bir layihəyə fərdi yanaşaraq müştərilərimizin və onların müştərilərinin xüsusi ehtiyaclarını qarşılayacaq həllər dizayn edirik.

Müraciət edin